Markarov: “Putin prezidentlərin Soçi görünüşündən görüntü yaradır”

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində sülh variantının möhkəmlənməsinə xidmət edir". MDB Ölkələri İnstitutunun Ermənistan bürosunun politoloqu Aleksandr Markarov belə deyib. Erməni mətbuatının məlumatına görə, A.Markarov qeyd edib ki, görüş eyni zamanda Rusiya tərəfindən münaqişənin həllində ATƏT-in Minsk Qrupu formatının saxlanılması üçün təşkil edilmişdi: "Ukrayna hadisələrindən sonra beynəlxalq qınaqlara hədəf olan Putin özünü sülhsevər göstərmək üçün də bundan istifadə etməyə çalışacaq. Beləliklə məsələdə Ermənistan və Azərbaycan arasında vasitəçi olmaqla Qafqazda sülhün yaradılmasında iştirakçı görüntüsünü yaradır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00