II Qaregin Şeyxə yeni məktub yazıb-Şok!
Erməni lider şeyxə yalvarıb ki, Azərbaycan müharibə başlamasın
12 Avqust 2014 13:36 SiyasətBir müddət öncə cəbhədə yaranmış gərginlik Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Azərbaycan ordusunun gücündən qorxuya düşən ermənilər müharibənin başlanmasını istəmirdilər. Ermənilərin dini lideri II Qareginin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciəti də həmin vaxta təsadüf edirdi. Erməni saytlarının məlumatına görə, məktubda II Qareginin cəbhə xəttində baş verənlərdən narahatlıq keçirdiyi, Şeyxdən kömək istədiyi əks olunub. II Qareginin Hacı Allahşükür Paşazadəni "Azərbaycan hakimiyyətini Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini təhlükə altına almaması yönündə səy göstərməyə" çağırıb. Mötəbər mənbənin "Olaylar"a verdiyi məlumata görə, Soçi görüşündən sonra II Qaregin şeyxə yeni məktub yazıb. Erməni dini lider məktubunda şeyxə heç zaman etmədiyi xahişdə bulunub. Erməni dini lider yalvararaq bildirib ki, Hacı Allahşükür Paşazadə prezident İlham Əliyevdən müharibəyə başlamamağı xahiş etsin. Qeyd edək ki, Soçi görüşündən sonra prezident İlham Əliyev müharibənin başlanacağını istisna etməmişdi. Onu da bildirək ki, erməni dini lideri şeyxə məktub yazmağa vadar edən Ermənistanın cəbhə xəttindəki itkiləri idi. İlk toqquşmada erməni tərəfi 70-dən çox hərbçi itirmiş, bir neçə postu ataraq qaçmışdı.