Sərkisyan danışdı: Ermənistan payıza qədər Dağlıq Qarabağı itirə bilər

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Avrasiya İttifaqına üzv olacağını bildirib. Erməni mətbuatının verdiyi məlumata görə, Sərkisyan qeyd edib ki, o məsələ ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinlə müəyyən müzakirələr aparıb: "Quruma bu il üzv olacağımızı nəzərə almamışıq. Bunun nə vaxt olacağını bilmirəm, hər halda Avrasiya İttifaqına üzv olmaq əsas məsələmizdir. Ola bilsin ki, imzalama payıza qalmadı". Qeyd edək ki, qurum ölkələri Ermənistanın quruma Dağlıq Qarabağsız üzv olması barədə qərar veriblər. Serj Sərkisyan da bir müddət əvvəl rəsmi şəkildə Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağ olmadan üzv olacaqlarını bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00