“Prezidentlərin görüşü bizi ruhlandırdı” - AÇIQLAMA
12 Avqust 2014 12:42 Siyasət"Avqustun 10-da Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı". Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Soçi görüşünün nəticələrinə dair APA-nın sorğusuna cavabında deyib. C. Uorlik prezidentlərin dialoqun davam etdirilməsi və münaqişənin sülh yolu ilə həll olunmasına dair öhdəliklərini təsdiqləməsindən xüsusilə məmnun qaldığını söyləyib: "Ümid edirik ki, təmas xəttində vəziyyət sabitləşəcək və tərəflər siyasi iradəyə arxalanaraq münaqişənin həllinin tapılmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləyəcəklər"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00