Girovlardan xəbər var

BQXK Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla görüşüb

Azərbaycan  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı nümayəndələri Kəlbəcərdə girov düşən azərbaycanlılarla görüşüblər. Bu barədə məlumatı ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O qeyd edib ki, hər iki girovla görüş keçirilib. BQXK-dan girovların vəziyyəti ilə bağlı hələlik məlumat verilməyib. Xatırladaq ki, ermənilər Kəlbəcər rayonunun ərazisində yaxınlarını qəbirlərini ziyarətə getmiş 3 nəfər azərbaycanlıya hücum ediblər. Onlardan birinin öldürüldüyü deyilir. İki nəfər isə saxlanılıb. Ermənistan tərəfi girov düşən azərbaycanlıların diversant olduğunu iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00