Azərbaycan hərbçiləri Moskvaya gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri avqustun 13-dən 17-dək Moskva şəhərində (Rusiya) "Maşınqayırma texnologiyaları-2014" 3-cü beynəlxalq forumunda və "Oboronekspo-2014" sərgisində iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00