Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verdi
11 Avqust 2014 18:03 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00