Politoloq: “Azərbaycan müxalifəti Prezident İlham Əliyevin Qarabağ danışıqlarını dəstəkləyir”

"Prezidentlərin Soçi görüşündən sonra Qarabağ cəbhəsində köklü dəyişiklərin baş verəcəyini güman etmirəm". "Olaylar"ın məlumatına görə, Azərbaycan və Ermənistan dövlət başçılarının son görüşünə münasibət bildirən politoloq Vasif Əfəndi belə deyib. V.Əfəndi qeyd edib ki, görüşün təşkilinin əsas səbəbkarı olan Putin Ermənistanın köməkliyi ilə Azərbaycanı ram edəcəyini düşünürdü: "Lakin görüş zamanı Azərbaycan ictimaiyyətinin böyük dəstəyini alan İlham Əliyev daha inamlı görünməsi deməyə əsas verir ki, bu dəfə də Azərbaycanın xarici siyasəti imtahandan uğurlu çıxa bildi. Görüş öncəsi müstəqil politoloqların və müxalif siyasi partiyaların mövqeləri İlham Əliyevə Soçi görüşündə inamlı olmağa əsas verdi". V.Əfəndinin sözlərinə görə, indiki vəziyyətdə müxalifətin bu danışıqlarda dövlət başçısının qarşısında Qarabağı hərb yolu ilə qaytarmaq tələbini qoymaması dəstək kimi qiymətləndirilməlidir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00