İddia: “Erməni diversant sirr verməmək üçün özünü dilinin altında gizlətdiyi həblə öldürüb”

"Yeddi Dövlət Bir Millət" Konseyinin başqanı Azər Həsrət avqustun 7-də Tovuz rayonu ərazisində Azərbaycan əsgərləri tərəfindən əsir alınmış ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü Karen Petrosyanın qəfil ölümünə münasibət bildirib. A.Həsrət qeyd edib ki, erməni diversantın ölməsilə bağlı məsələyə diqqətlə yanaşmaq lazımdır: "Rəsmi məlumatlarda ürək-damar çatışmazlığından öldüyü deyilir. Mənsə düşünürəm ki, bunu hələ araşdırmaq lazımdır. Mümkündür ki, bu diversant dilinin altında gizlətdiyi həblə özünü öldürsün. Bu bütün kəşfiyyatçıların, diversantların istifadə etdiyi üsuldur. Çox güman ki, sirr verməmək üçün bu adam özünə qəsd edib. Düzdür, ermənilər bundan bizim əleyhimizə istifadə edəcəklər. Ancaq Azərbaycan da gərək istənilən ölkədən ekspertlər çağırıb ölümün səbəblərini birlikdə araşdırmaqla ermənilərə cavab versin". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00