Ərdoğan 51,4 faizlə irəlidədir
11 Avqust 2014 00:08 SiyasətTürkiyədə keçirilən prezident seçkisinin bu saata olan nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyasının namizədi rəqiblərini üstələməkdə davam edir.
ANS PRESS-in məlumatına görə, artıq seçki qutularının 93 faizi açılıb. Hazırkı nəticələr belədir:
Rəcəb Tayyib Ərdoğan 51,4, Ekmeləddin İhsanoğlu 39,3, Selahattin Demirtaş 9.3 faiz.
21:41
Türkiyə Ali Seçki Komissiyası avqustun 10-da ölkədə keçirilmiş prezident seçkilərinin bu saata olan nəticələri açıqlayıb.
ANS PRESS-in məlumatına görə, artıq seçki qutularının 84 faizi açılıb. Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan sayılan səslərin 51,3 faizinə sahib olmaqla rəqiblərindən irəlidədir. İkinci yerə 39,6 faizlə müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu sahibdir. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş isə 9 faiz səslə geridədir.
Səslərin sayılmasındakı dəyişikliklər yerli televiziya ilə birbaşa yayımlanır.
21:09
Türkiyədə keçirilən prezident seçkisinin bu saata olan nəticələri belədir:
Ərdoğan 51,4, Ekmeləddin İhsanoğlu 39,8, Selahattin Demirtaş 8.8 faiz səs yığıb.
20:41
Türkiyədə keçirilən prezident seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Ali Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan böyük fərqlə rəqiblərini üstələyir.
İlkin nəticələr belədir.
Ərdoğan 52,3, Ekmeləddin İhsanoğlu 38,5, Selahattin Demirtaş 9.2 faiz səs yığıb.
Qeyd edək ki, müxalifət seçiklərdə total saxtalaşdırmaların olmasından şikayətçidir.