Sarkisyan yenə hədələdi (FOTO)
"Bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq"
10 Avqust 2014 18:45 Siyasət"Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür".ANS PRESS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə deyib.Serj Sarkisyan daha sonra Azərbaycanı ittiham edib:"Azərbaycan tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır. Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib? Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq".Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.