“Qarabağda sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulmayıb”
8 Avqust 2014 16:07 SiyasətErmənistan müdafiə nazirinin müavini Davit Tonoyan Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət haqda "Amerikanın səsi"nə müsahibə verib. AZADİNFORM xəbər verir ki, Tonoyan bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsi müzakirə mövzusu deyil. "Xarici hərbi qüvvələrin yerləşdirilməsi nə Rusiya, nə də başqa ölkə və ya təşkilat tərəfindən nəzərdə tutulmur. Bundan başqa, sülhməramlıların yerləşdirilməsi sülh müqaviləsi imzalanarsa, mümkün ola bilər", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00