Erməni əsgər vuruldu
19 yaşlı Viktor Abramov güllə yarası ilə hospitala yerləşdirilib
7 Avqust 2014 17:43 SiyasətDağlıq Qarabağda Azərbaycan və Ermənistan əsgərləri arasında atışma olub. ANS PRESS-in məlumatına görə, atışma zamanı qarşı tərəfin əsgəri ağır yaralanıb. Bu barədə erməni mətbuatı yazıb. Güllə yarası alan Ermənistan ordusunun əsgəri 1995-ci il təvəllüdlü Viktor Abramovdur. O, yaxınlıqdakı hərbi hospitallardan birinə yerləşdirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan tərəfi heç bir itki verməyib.
Qeyd edək ki, son vaxtlar erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərinə basqınlar edir. Əsgərlərimizin sayıqlığı nəticəsində qarşı tərəf itki verərək geri çəkilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00