Tovuzda tutulan erməni: "3 nəfər idik"

Tovuz rayonunda girov götürülən Ermənistan vətəndaşı Petrosyan Arduş Dalenoviç hüquq-mühafizə orqanlarına təhvil verilib. Bu barədə azvision.az-a rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov məlumat verib. O bildirib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib. İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub: "Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar", -deyə T.Hüseynov əlavə edib.

Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965-ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00