Ermənilər etiraf etdilər: "Xocalı soyqırımını biz törətmişik"
7 Avqust 2014 15:50 SiyasətErmənistan silahlı qüvvələrinin atəşkəsi müntəzəm pozması nəticəsində cəbhə xəttində baş verən atışmalar hər iki ölkədə gündəlik həyatın bir hissəsinə çevrilib. Az müddət öncə ermənilər artıq tamahlarına güc gələ bilməyib Azərbaycan torpaqlarına soxulmaq istədilər və geri çəkilməyə məcbur oldular. Azərbaycan ordusu itkilər bahasına olsa da torpaqlarımızdan bir toz dənəciyi belə verməyəcəyini ermənilərə sübut etdi. Baş verən məlum hadisələrdən sonra daha bir atışma alovlandı - hər iki ölkənin media vasitələri bir-birinə qarşı hücuma keçdilər. Xüsusən də ermənilərin yalançı lovğalığa əsaslanan xəbərləri, təsəlli xarakteri daşıyan karikaturaları paylaşılmağa başladı. Sosial şəbəkələr qızğın müzakirə mərkəzlərinə çevrildi. Əksər ermənilərin müzakirələrinin ana xəttini anti-Azərbaycan çıxışları təşkil etdi. Lakin içlərində elələri də oldu ki, ermənilər və Ermənistanın gerçək sımasına işıq tutdu. Milli.Az bildirir ki, bu yaxınlarda sosial şəbəkələrin birində Azərbaycan əleyhinə foto paylaşan və onu müzakirə edən ermənilərdən bir neçəsi emosiyalara qapılaraq "gerçək erməni necə olur, görün" siqnalları verib. Ermənilərin müharibə istəmədiyi aydın məsələdir. Amma müharibə olacağı təqdirdə Azərbaycana "dərs verəcəklərini" deyən ermənilər var. Bir qrup erməni yazdıqları fikirlərlə terroru dəstəklədiklərini, terrorçu millət olduqlarını etiraf ediblər. Onlar yazırlar: "Bu torpaqlar bizimdir. Onu bizdən ala bilməzlər. Azərbaycan bu torpaqlardan əlini çəksin. Yoxsa biz çıxararıq onları buradan. Necə ki, 22 il əvvəl başlarına oyun açdıq. Xocalıda etdiklərimizi bir daha edərik. Bu dəfə daha qəddar olarıq, biz ermənilər bunu bacarırıq. Və bunu Xocalıda törətdiklərimizlə sübut etmişik". Ermənilər beyinləri ilə dillərini tutuşdurmağa başlayıblar. Bütün Ermənistan yaxşı bilir ki, Xocalı terroru onların əməlidir, yəni bu həqiqət onların beyinlərinə həkk olunub. Amma onu dildə ifadə etmirlər, terrorçu yox, terrora məruz qalan millət kimi danışırlar. Sözügedən ermənilər isə əsl erməninin necə olduğunu çox əla formada göstəriblər. Deyirlər, it ona görə hürür ki, qorxur. Çox güman ki, ermənilərin bu etirafı qorxudan irəli gəlir. Azərbaycanın 20 il öncəki ölkə olmadığını çox gözəl bilirlər. Xocalıda törətdiklərini boyunlarına almaqla bizi terrorçu ermənidən qorxmağa çağırırlar. Gülməmək əldə deyil...