Əlibəylidə son vəziyyət VIDEO

Bu gecə Ermənistan ordusu yenə də Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini  atəşə tutdu. Düşmən hər zaman olduğu kimi Azərbaycan ordusu tərəfindən layiqli cavab alıb susmağa məcbur edildi. Güllə səslərinə vərdiş eləmiş Əlibəyli sakinləri deyir ki, onlar Azərbaycan Ordusuna güvənir. Bu güvən hər zaman özünü doğruldub. İnformasiya saytlarında guya kənddən bəzi ailələrin köçməsiylə bağlı yalan xəbərlərdən təəssüfləndiklərini deyən əlibəylilər bütün təxribatlara baxmayaraq evlərini tərk etməyəcəklərini bildirir. Ədalət Rzayevin evi kəndin düşmən postlarına ən yaxın məsafədə yerləşən evlərindəndir. Onun həyətindən nəinki düşmən postları, hətta ermənilərin üz-bəüz mövqedəki kəndlərindəki evlər də görünür. Ədalət də bütün əlibəylilər kimi, kənddən ayrılmaq barədə şaiyələri qəzəblə qarşılayır. Beləliklə hər gecə atəşkəsin pozulduğu Əlibəylidə həyat öz axarıyla davam edir ...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00