Azərbaycan Ordusunun əsgəri atəşkəsin pozulması nəticəsində yaralanıb
6 Avqust 2014 13:28 SiyasətErmənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, atəşkəs rejiminin pozulması nəticəsində əsgər, 1994-cü il təvəllüdlü Fərhad Azad oğlu Rəhimov düşmən gülləsindən yüngül xəsarət alıb. Əsgərə hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. Hazırda əsgər F.Rəhimovun vəziyyəti normaldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00