Ermənilərdən daha bir vəhşilik

Ötən gün cəbhənin Ağstafa rayonu istiqamətində düşmən silahları susmayıb. "Olaylar" Kəpəz TV-yə istinadən bildirir ki, bu dəfə ermənilər  sərhəddə yerləşən Köhnə Qışlaq kəndini intensiv atəşə məruz qoyublar. Bir neçə saat davam edən atışma nəticəsində Köhnə Qışlaq sakini,  8 yaşlı Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq yaralanıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır. Tovuzun Əlibəyli və Hacallı kəndləri isə təxminən gecə saat 03:30-a qədər iriçapalı silahlardan atəşə tutulub. Daha çox işıqsaçan, yandırıcı güllərdən istifadə olunması otlaq sahələrində yanğın  baş verməsinə səbəb olub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi ilə düşmən susdurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00