Kamran Əliyev Baş prokurorun müavini təyin edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kamran Əliyevin Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.Trend-in məlumatına görə, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıb ki, Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00