Müharibə, insan hüquqları və beynəlxalq təşkilatların ikili standartları
5 Avqust 2014 19:04 SiyasətErmənistan-Azərbaycan təmas xəttində atəşkəs rejiminin pozilması beynəlxalq təşkilatların da diqqətini cəlb edib. "Diqqətini cəlb edib" ona görə qeyd edirik ki, baş verən hadisələr, insan itgisi, mülki vətəndaşların, uşaq və qocaların yaralanması, insanların doğma yurdlarından didərgin düşməsi kimi dəhşətli olaylar hənin təşkilatların diqqətini cəlb etməkdən o tərəfə keçə bilmədi. Yenə də ikili standartlar, yenə də sadəcə söz birləşmələrindən ibarət səthi bəyənatlar. Artlq neçə illərdir ki, müharibə şəraitində yaşayan Azərbaycan vətəndaşları beynəlxalq təşkilatların mahiyyət etibarilə bir-birindən qətiyyən fərqlənməyən yazılı, yaxud şifahi bəyənat səsləndirmələrinin şahidi olur. Artıq insanlar dünya siyasətini müəyyən edən dövlətlərin əlində vasitəyə çevrilmiş beynəlxalq təşkilatların mövqeyindən bezib desək, bəlkə də yerinə düşər. Bu dəfə də Ermənistan-Azərbaycan təmas xəttində atəşkəs rejiminin pozulması fonunda ənənəvi münasibətlə üz-üzə qalmalı olduq. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan dövləti təcavüz siyasətinə son qoymaq əvəzinə yeni-yeni ərazilər işğal etmək niyyətinə düşüb. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların ikili standartlarından həvəslənən erməni silahlı birləşmələri heç nədən çəkinmədən atəşkəs rejimini pozmaqda davam edir. Üzdə özlərini dünyada sülhün və əminamanlığın carçısı kimi təqdim edən beynəlxalq təşkilatlar isə serçi mövqelərini sərgiləməkdən usanmırlar. Məlum olduğu kimi son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində hərbçilərimiz şəhid olub, çoxlu sayda yaralananlar var. Atəşkəsin elan edildiyi 20 il müddət ərzində ilk dəfədir ki, bu qədər insan tələfatı qeydə alınır. Ermənistan hərbi birləşmələri genişmiqyaslı hücumlarını davam etdirməkdədir. Belə bir şəraitdə beynəlxalq təşkilatlar öz işlərini quruca bəyanat verməklə bitmiş hesab edirlər. Bu mövqe isə həmin təşkilatlar tərəfindən ikili standartların nümayişindən başqa bir çey deyil. Elə nəzər salaq ABŞ Dövlət Departamentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində yaranmış vəziyyətlə əlaqədar bəyanatına. Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf deyib: "İyulun 31-də qoşunların təmas xəttində zorakılığın genişlənməsi nəticəsində xeyli insan tələfatının baş verməsi ABŞ-ı narahat edib. Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı verir, tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə hörmət etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli istisna edilməlidir. Qisasçılıq aktları və zorakılığın davam etdirilməsi münaqişənin dinc yolla tənzimlənməsini yalnız mürəkkəbləşdirər". Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan prezidentlərini mümkün qədər tezliklə görüşməyə və əsas məsələlərə dair dialoqu bərpa etməyə çağırıb. M.Harf sonda deyib: "Biz tərəfləri ATƏT sədrinin dəvətini qəbul etməyə və sülh müqaviləsi bağlanmasına gətirib çıxara biləcək danışıqlara başlamağa çağırırıq. Biz Minsk prosesinin tərəfdarıyıq və tənzimləmə səylərinə kömək etməyə hazırıq". Xatırladaq ki, eyni mövqe beynəlxalq təşkilatlar tərəfindən də nümayiş etdirilir. Belə halda haqlı bir sual yaranır, nədən beynəlxalq təşkilatlar təcavüzkarı öz adı ilə çağırmır, təcavüzkarla təcavüzə məruz qalana eyni ampuluadan yanaşır? Əgər doğrudan da beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirlərsə, niyə təcavüzkar dövlətə sanksiyalar tətbiq edilmir? Axı müasir dünyada bu praktika tez-tez tətbiq edilməkdədir. Belə məlum olur ki, Azərbaycanla münasibətdə beynəlxalq təşkilatların ikili standart nümayiş etdirməsinin kökündə qaranlıq məqamlar mövcuddur. Əks halda Rusiya kimi dünyaya meydan oxuyan ölkəyə sanksiyalar tətbiq edən dünya Ermənistana qarşı bu addımı atmaqdan çəkinməzdi. Təsəvvür edin, erməni silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə məhəl qoymadan, suveren Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu hələ də işğal altında saxlayır, beynəlxalq təşkilatlar isə ona "gözün üstə qaşn var" deməyə tərəddüd edirlər. Məlumat üçün qeyd edək ki, beynəlxalq təşkilatlar təkcə Dağlıq Qarabağ məsələsində deyil, eləcə də insan haqları sahəsində də Azərbaycana qarşı ikili standartlar nümayiş etdirir. Onu da qeyd edək ki, müstəqillik illərində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə belə mövqenin şahidi olmuşuq. Bu dəfə isə həmin təşkilatlar "hüquq müdafiəçisi" Leyla Yunusun həbsindən istifadə edərək Azərbaycan dövlətinə təzyiq etmək yolu tutublar. Təsəvvür edin, hələ istintaq prosesi başa çatmayıb, məhkəmə öz sözünü deməyib, beynəlxalq təşkilatlar isə ortalığa düşərək azadlıq tələb edirlər. Başa düşmək istəmirlər ki, Leyla Yunus Azərbaycan vətəndaşıdır və o, vətənə xəyanət kimi ağır maddə ilə ittiham olunur. Belə halda, beynəlxalq təşkilatların Leyla Yunusu müdafiə etməsi heç cür başa düşülən deyil. Yəqin Leyla Yunusun müdafiəsinə qalxan təşkilatlar bilməmiş deyillər ki, beynəlxalq və milli qanunvericiliyə görə hamı qanun qarşısında bərabərdir və törətdiyi əmələ görə cavab verməlifir. Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur: "Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz". Qeyd olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu ilin 31 iyulunda L.Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. L.Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə də ittiham olunur. XİN bəyan edib ki, Azərbaycanda 3000-dən çox qeyri-hökumət təşkilatının olduğu bir şəraitdə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını iddia etmək heç cür həqiqəti əks etdirmir və qərəzli münasibətin göstəricisidir. Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi cəhdləri qəbuledilməzdir: "Bu tipli bəyanatlar sözügedən təhqiqatın siyasiləşdirilməsi, onun işinə müdaxilə və Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin şübhə altına salınması cəhdləri kimi qiymətləndirir". Sözün həqiqi mənasında 3000-dən artıq QHT, yüzlərlə media orqanı, onlarla siyasi partiyanın sərbəst şəkildə fəaliyyət göstərdiyi bir ölkəni insan hüquqlarının pozulmasında ittiham etmək qərəzli mövqedən başqa bir şey deyil. Çünki, inandıırıcı deyil ki, belə bir şəraitdə Azərbaycanı insan haqlarının pozulmasına görə günahlandıran şəxslərin heç birinin ölkəsində bu cür demokratik şərait mövcuddur. Deməli, belə bir mövqenin ortaya qoyulması Azərbaycanı istəməyən xarici dairələrin məqsədli siyasətinin nəticəsidir. Odur ki, nəhayət beynəlxalq təşkilatlar dərk etməlidirlər ki, Azərbaycana qarşı qərəzli mövqe ilə nəinki ölkəmizə təsir etmək mümkün deyil, əksinə bununla həmin təşkilatlar öz nüfuzlarına zərbə vurmuş olurlar. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsində ermənipərəst qüvvələrin də rolu az deyil. Son zamanlar Leyla Yunusun müdafiəsi ilə bağlı Ermənistan mətbuatında aparılan kampaniya dediklərimizin bariz nümunəsi kimi qəbul olunmalıdır.
Alim