“Prezidentlərin Soçi görüşündə nəticə almaq mümkündür”
Elxan Şahinoğlu: “Bu müddətədək separatçılar bizdən güclü zərbələr almalıdırlar”
5 Avqust 2014 14:01 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrə münasibət bildirib. E.Şahinoğlu qeyd edib ki, Rusiya yenə zorla Azərbaycana Dağlıq Qarabağ münqişəsinin həllində vasitəçiliyini sırımaq istəyir. Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin prezident seçiləndən bu yana bir dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyib: "İndi isə Moskva çətin vəziyyətə düşdüyü üçün təcili Azərbaycan və Ermənistan prezidentlərini Soçidə görüşdürməyə çalışır. Həmin görüşə bir neçə gün qalıb. Soçi görüşündə Dağlıq Qarabağ probleminin həllilə bağlı yalnız bir halda hansısa irəliləyişə ümid etmək olar: bu az müddətdə separatçılar bizdən daha güclü zərbələr almalıdırlar ki, masa arxasında mövqeyimiz güclü olsun, əks halda Soçi görüşü nəticəsiz qalacaq". ("OLAYIAR" İA)