“Raket videosu” saxta çıxdı
Belə həssas bir məqamda bəzi KİV verdikləri xəbərə diqqət yetirmir
3 Avqust 2014 08:32 SiyasətSon günlərdə cəbhə xəttində baş verən gərginlik bəzi kütləvi informasiya vasitələrinin hadisələrdən sui-istifadəsinə səbəb olub.
"Azərbaycan Erməniləri raket atəşinə tutdu - Şok görüntülər" adı altında yayılan xəbərinin dezinformasiya olduğu üzə çıxıb. Yalnız sayta baxışı artırmaq və ya kiminsə qabına su tökmək naminə yayılan bu tip dezinformasiyaların nə dərəcədə Azərbaycan maraqlarına xidmət etməsi şübhə altındadır.
Bir neçə saat öncə sosial şəbəkələri lərzəyə gətirən xəbərin videosu 2013-cü ilin avqustun 12-də "Youtube" portalına "avqustun 7-dən 8-nə keçən gecə Sxinvaliyə Qrad atışı" (Грады по Цхинвалу с 7 на 8 августа) adı ilə yerləşdirilənlə eynidir.
ANS PRESS hər iki videonu təqdim edərək xəbərləri daha ciddi agentliklərin saytından izləməyi vətəndaşlara tövsiyyə edir.