ATƏT-in Minsk Qrupu atışmalardan narahat oldu
3 Avqust 2014 01:49 SiyasətATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi zonası və Azərbaycan-Ermənistan sərhədindəki son hadisələrlə bağlı narahatlığını bəyan edib.
Milli.Az təşkilatın yaydığı press-relizə istinadən bildiririr ki, ATƏT-in hazırkı sədri, İsveçrənin XİN başısı Didye Burkhalter Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) ilə birlikdə vurğulayıblar: "Ermənistan və Azərbaycan arasındakı sərhəddəki təmas xəttində atışmaların intensivləşməsi ilə bağlı dərin narahatlığımızı bildiririk. Həlak olanların ailələrinə başsağlığı veririk.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan-Ermənistan sərhədində humanitar missiyanı yerinə yetirərək yerli əhaliyə yardım edən nəqliyyat vasitəsinin atəşə tutulmasından da qayğılandığımızı bildiririk.
Mülki şəxslərə qarşı bilərəkdən atılan addımları və beynəlxalq təşkilatların nümayənldələrinə atəş açılmasını qətiyyətlə pisləyir, tərəflərə Cenevrə qətnamələrinə uyğun olaraq qəbul etdikləri öhdəlikləri xatırladırıq".