Müdafiə Nazirliyindən yaralıların vəziyyəti ilə bağlı AÇIQLAMA
"Yaralıların heç birinin həyati təhlükəsi yoxdur"
2 Avqust 2014 22:07 Siyasət"Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar hazırda hospitalda olan yaralıların heç birinin həyati təhlükəsi yoxdur". Lent.az-ın məlumatına görə, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov deyib.Z. Abbasovun sözlərinə görə, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar: "Yaralılara müvafiq tibbi yardım göstərilib.İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib. Onların müalicəsi müdafiə nazirinin tam nəzarəti altındadır".