Cəbhədə nə baş verir?

Müdafiə Nazirliyi: "Kəndlərin boşaldılması xəbəri tamamilə yanlışdır"

"Qazaxın bəzi kəndlərinin boşaldılması ilə bağlı yayılan məlumatlar əsassızdır".Bunu ANS PRESS-ə açıqlamasında rayon icra başçısının müavini Tahir Musayev deyib."Düzdür cəbhədə atışma olur. Dünən ermənilər saat 19:00-dan başlayaraq ara-sıra mövqeylərimizi atəşə tutmuşdular. Lakin əsgərlərimiz onlara layiqli cavab verirlər. Heç bir kənd boşaldılmayıb".Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, Qazax rayonunda, təmas xəttində şiddətli döyüşlər gedir. Rayonun cəbhəyə yaxın ərazisində iki kənd boşladılır. Əsasən qadınlar və uşaqlar kəndlərdən köçürülür.Müdafiə Nazirliyindən də yayılan xəbərlərin yalan olduğunu bildiriblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda bütün cəbhə xətti boyunca Azərbaycan Ordusunun əsgərləri vəziyyətə tam nəzarət edirlər.Cəbhədəki vəziyyət müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi nəzarəti altındadır. Düşmənin açdığı hər bir atəşə həbrçilərimiz cavab verir. Düşmən tərəfindən xeyli itkilər var. Cəbhə xətti boyunca isə mövqeylərdə heç bir dəyişiklik olmayıb. "Kəndlərin boşaldılması xəbəri də tamamilə yanlışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00