Türkiyə səfirindən Azərbaycana başsağlığı

Diplomat bu barədə özünün “Tvitter” səhifəsində yazıb

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib. "Olaylar"ın  APA-ya istinadən məlumatına görə, diplomat bu barədə özünün "Tvitter" səhifəsində yazıb. "Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm", - deyə diplomat qeyd edib. Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00