Millət vəkili: “Əsgərlərimizin silahla davranış vərdişini artırmaq üçün orta məktəblərdə hərbi dərsləri bərpa etmək zəruridir”
1 Avqust 2014 14:25 SiyasətMillət vəkili Fazil Mustafa cəbhə xəttində Azərbaycan ordusunun 8 əsgərini itirməsinə münasibət bildirib. 8 hərbçimizin şəhid olmasının hamını üzdüyünü deyən F.Mustafa şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyib: "Bu rəqəm böyükdür və düşündürücüdür. Əsgərlərimizin silahla davranış vərdişini artırmaq üçün orta məktəblərdə hərbi dərsləri bərpa etmək zəruridir. Atıcılıq klublarının açılmasını təşviq etmək, gənclər arasında hərbi oyunları müntəzəm keçirmək vacibdir. Çox vaxt əsgərlərin ölümü təcrübəsizlikdən olur, kifayət qədər hazırlıqlı əsgər düşmən hücumu zamanı çaşqın vəziyyətə düşmür. İki-üç aya əsgərdə ibtidai hərbi vərdişləri yaratmaq çox çətindir, mütləq baza olmalıdır". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00