Leyla Yunusla bağlı bəyanat

Azərbaycan xalqı əsrlər boyu apardığı qanlı mübarizələrin məntiqi nəticəsi olaraq ötən əsrin sonlarında öz müstəqilliyinə qovuşdu. Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab edilməyən cəmi 22 illik müstəqillik dövründə dünyada anoloqu olmayan bir inkişaf mərhələsi keçən gənc Azərbaycan dövlətinin uğurları həm vətənpərvər ölkə vətəndaşlarını, həm də ölkəmizdən kənarda yaşayan azərbaycansevər insanları həddsiz sevindirir və qəlbləri qürur hissi ilə doldurur. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bu uğurlar, eyni zamanda həm ölkə daxilindəki bəzi qüvvələr, həm də bu inkişafı arzulamayan bir sıra xarici qüvvələr tərəfindən qısqanclıqla, bəzi hallarda düşmənçilik hissi ilə qarşılanır. Nə yazıqlar ki, bəd əməllərinin nəticəsində özlərinin çətin durumda qalacaqlarını bildikləri halda, bu cür üzdəniraq insanlar və qurumlar Azərbaycan dövlətçiliyini sarsıtmağa, ölkəmizin inkişafına hər vasitə ilə mane olmağa yönələn fəıaliyyətlərindən əl çəkmirlər. Bu gün həm xaricdə, həm də daxildə müstəqil Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən fərd və qurumları ətrafında cəmləməyə çalışan, öz xəyanətkar fəaliyyətinə "demokratiya", "insan haqqları" donu geyindirməklə, əslində ölkəmizə qarşı düşmən fəaliyyəti göstərən Leyla Yunusun və onun kimilərin əməlləri bu baxımdan dözülməz həddə çatmışdır. Bu başabəla "hüquq müdafiəçisi" hələ müstəqilliyimizin ilk illərində gənc respublikanın Müdafiə Nazirliyində əldə etdiyi məsul vəzifədən süi-istifadə edərək düşmən tərəfə ən ciddi hərbi məlumatları ötürdüyü artıq sirr deyil. Bu "xidmətin" nəticəsi idi ki, həmin vəzifədən uzaqlaşdırıldıqdan sonra Ermənistanın xüsusi xidmət orqanları, hətta birbaşa Ermənistanın Milli Təhlükəsizlik Naziri ilə yaxın münasibətlər qurmağa nail olmuşdur. Erməni dostu Yunus Davudun vasitəsiylə Ermənistan Tədqiqatçı Jurnalistlər Təşkilatından iki dəfəyə 50.000 avro qrant alması da bu gün hər kəsə yaxşı məlumdur. Acından "köpük qusan" bir ölkənin xüsusi xidmət orqanlarının bu qədər vəsaiti Leyla Yunusa boş - boşuna vermədiyi hər kəsə yaxşı məlumdur. Bunun müqabilində Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatları üzrə Leyla Yunus Azərbaycanda nifaq salınmasını, milli, etnik və dini qarşıdurmalar yaradılmasını təşkil etməli idi. L.Yunus Ermənistanın "Region" Araşdırma Mərkəzi ilə də birgə layihələr həyata keçirərək, "İctimai Dioloqlar" adlı saytda ölkəmizə qarşı "qara piar kompaniyası" aparmaqdan belə çəkinməmişdir. Halbuki həmin saytda Dağlıq Qarabağ "müstəqil dövlət" kimi təqdim edilir. Özü kimi milli xəyanətkar Əkrəm Əylislinin məlum cızma - qarasını da ilk müdafiə edən məhz Leyla Yunus olmuş, Almaniyanın Esslingen Neçkar şəhərində keçirilən konfransda bunu böyük fəxrlə bəyan etmişdir. L.Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Stravoytova ilə də sıcaq əlqaələrinin olduğu mətbuatdan məlumdur. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Arteriserviz" və "Haydro Konsaltinq Servis" kimi QHT-lərin əməkdaşları, erməni Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycana dair cəsus materialları yaymaqdan belə çəkinməmişdir. "Azadlıq Hərəkatçıları" İctimai Birliyi bütün yuxarıda qeyd olunan saysız -hesabsız əməllərinə görə Leyla Yunusun son günlərə qədər Azərbaycanda sərbəst gəzib - dolaşmasını, açıq şəkildə antiazərbaycan fəaliyyətini davam etdirməsini, düşmənlərimizdən aldığı qrantlar hesabına Azərbaycanın inkişafına hər vəchlə mane olmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək cəhdlərini dəfələrlə pisləmi, bütün vətənpərvər insanları Leyla Yunus və onun kimilərə qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırmış, Azərbaycanın xüsusi xidmət və hüquq - mühafizə orqanlarının belə üzdəniraq ölkə "vətəndaş"larına qarşı nümayiş etdirdikləri loyal mövqeyini pisləmişdir. Nəhayət, Qərb ölkələrindəki bəzi antiazərbaycan qüvvələrin müraciətlərinə və təzyiqlərinə baxmayaraq, ədalət öz yerini tapmış və Leyla Yunus barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələrinə istinad edilmiklə, həbs qəti - imkan tədbiri seçilmişdir. Bütün mənalı ömrünü Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrə həsr etmiş insanların təşkilatı olan "Azadlıq Hərəkatçıları" İctimai Birliyi ölkənin hüquq-mühafizə orqanlarının Azərbaycanın milli və dövlətçilik mənafeləri baxımından atdıqları bu qətiyyətli addımı dəstəklədiyini bəyan edir və Azərbaycansevər hər bir təşkilatı və qurumu bu addıma dəstək verməyə çağırır. Bəyanat "Azadlıq Hərəkatçıları" Birliyi İdarə Heyətinin 01 avqust 2014-cü il tarixli toplantısında qəbul edilmişdir.


"Azadlıq Hərəkatçıları" İctimai Birliyinin
Sədri: Təhmasib Novruzov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00