Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ cəbhəsində itki verdiyi barədə məlumatlar əsassızdır
Ermənistan mətbuatı Azərbaycan “diversiya qrupu”nun hücuma keçdiyi, xeyli itki verdiyi, erməni tərəfdən də iki hərbçinin öldüyü barədə xəbər yayıb
31 İyul 2014 16:47 SiyasətErmənistan və Azərbaycan qoşunlarının təmas xəttində toqquşma olub."Olaylar"ın Apa-ya istinadən məlumatına görə, iyulun 31-ə keçən gecə Azərbaycan "diversiya qrupu" Dağlıq Qarabağda cəbhə xəttinin şimal istiqamətində erməni silahlı birləşmələrinin dayaq məntəqəsinə hücum edib. Baş verən atışmada iki erməni hərbçinin öldüyü, Azərbaycan Ordusunun da xeyli itki verərək geri çəkildiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya Ermənistan KİV-in yaydığı məlumatın əsassız olduğu qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00