Azərbaycan prezidenti Dövlət Miqrasiya Xidmətinin yeni binasının tikilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında sərəncam imzalayıb.

"Olaylar" AzərTAg.az-a istinadən xəbər verir ki,sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram

1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə onun yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00