Kəlbəcərdə öldürülən azərbaycanlı Qarabağda dəfn edildi
27 İyul 2014 14:31 SiyasətErmənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib."Qafqazinfo"nun xəbərinə görə, bu barədə APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, BQXK-nin Dağlıq Qarabağdakı ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi tanınmış adamın dəfn olunması barədə məlumatlandırılıb. BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb.İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00