Heç bir qüvvə Azərbaycandakı sabitliyi pozmaq iqtidarında deyil

Kəmalə Əliyeva: “Azərbaycanda vəziyyəti gərginləşdirməyə səy göstərənlər fiaskoya uğrayacaqlar”

Ölkədə bələdiyyə və parlament seçkilərinin yaxınlaşmasına baxmayaraq siyasi arenada sükut hökm sürməkdədir. Siyasi partiyalar nəinki seçki platformaları barədə, heç bu siyasi aksiyada iştirak edib-etməyəcəkləri ilə bağlı fikir söyəmək niyyətindən uzaq görünürlər. Bunun fövqündə anti-Azəarbaycana qüvvələr daha fəalllıq nümayiş etdirirlər. Maraqlıdır, seçki öncəsi siyasi proseslərin gəallaşması gözləniləndirmi? Millət vəkili Kəmalə Əliyevanın sözlərinə görə, heç kimə sirr deyil ki, həmişə seçki öncəsi belə cəhdlər olub, bu gün də var və gələcəkdə də ola bilər. Ancaq burada əsas odur ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti birlikdə həmişə bu cür cəhdlərin qarşısını qətiyyətlə alıb, həmin cəhdləri anındaca dəf edib və əgər növbəti dəfə də bu yöndə cəhdlər olarsa, onların da qarşısı alınacaq. Çünki indiki Azərbaycan dövləti, Azərbaycan xalqı ötən əsrin 80-90-cı illərinin Azərbaycanı, dövləti və xalqı deyil. Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra özünün əsl tərəqqisinə, inkişafına nail ola bilib: "Məhz onun əsasını qoyduğu kurs, strategiya, siyasi xətt üzərində inamla irəliyə doğru irəliləyən Azərbaycan dövləti son 11 il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, fəaliyyəti sayəsində daha sıçrayışlı və dinamik inkişafa qovuşub, ölkəmizin artıq imzalar içində öz layiqli imzası və yeri var. Azərbaycan bu gün nəinki regionun, Cənubi Qafqazın, bütövlükdə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan dövləti və ölkə Prezidenti ilə bütün dünya dövlətləri və dövlət başçıları hesablaşırlar. Dünyada artıq Azərbaycanın sözü, rəyi, mövqeyi, çəkisi ilə hesablaşılmaqdadır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu tədbirlərinə ev sahibliyi edir. Elə son iki - 3 ayı götürək. Azərbaycanda ATƏT və Avropa Şurası Parlament Assamblyelarının illik yay sessiyasının və iclasının keçirilməsi ölkəmizin dünyada, Avropada necə böyük önəm daşıdığını əyani şəkildə sübut edir. Həmçinin, cəmi bir ildən sonra Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bunlar elə-belə məsələlər deyil. Bunlar Azərbaycan inkişafının, tərəqqisinin göstəricisidir. Ona görə bundan sonra kimlərsə, hansısa məkrli qüvvələrsə yenidən Azərbaycanda vəziyyəti gərginləşdirməyə səylər göstərəcəklərsə, əvvəllər olduğu kimi, növbəti dəfə heç nəyə nail ola bilməyəcəklər, növbəti dəfə məyus olacaqlar, növbəti dəfə fiaskoya uğrayacaqlar. Tam əminliklə deyə bilərəm ki, heç bir qüvvə Azərbaycandakı mövcud sabitliyi, sakitliyi poza bilməz, poza bilməyəcək və heç pozmaq iqtidarında, gücündə də deyil". Bələdiyyə seçkiləri ilə bağlı siyasi dairələrin passivliyinə gəldikdə millət vəkili bildirib ki, hazırda yay, istirahət mövsümü olduğu üçün cəmiyyətdə siyasi fəallıq bir o qədər müşahidə olunmur, həm də ki, seçkilərə bir xeyli vaxt var. İkincisi, seçkilərlə bağlı yaxın aylarda - təxminən sentyabr-oktyabr aylarında gözlənilən siyasi canlanma, fəallıq müşahidə olunacaq. Üçüncüsü isə hakim partiya olan YAP hər zaman seçkilərə hazır vəziyyətdədir. YAP bir an olsun belə, seçki hazırlıqlarına ara vermir, qeyri-fəallıq nümayiş etdirmir. İstənilən bir seçki prosesi bitdi, onun səhərisi günü hakim partiya tərəfindən dərhal ən azı qeyri-rəsmi səviyyədə olsa belə, növbəti seçkilərlə bağlı hazırlıqlara start verilir: "Azərbaycanda 3 il dalbadal seçkilər - prezident, bələdiyyə və parlament seçkiləri keçirilir. Təxminən bir il öncə də ölkəmizdə belə demək mümkünsə, daha əhəmiyyətli, daha ümumrespublika miqyaslı seçkilər - növbəti prezident seçkiləri keçirildi və alternativ əsaslarla keçirilən bu seçki yarışmasında da indiki dövlət başçısı cənab İlham Əliyev yenidən Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq, dəstəyini əldə edərək 3-cü dəfə ölkə Prezidenti seçildi. Yəni, bizi son seçkilərdən elə də böyük bir zaman məsafəsi ayırmır və qeyd etdiyim kimi, növbəti bələdiyyə seçkiləri dövrü yaxınlaşdıqca, ölkədə siyasi fəallığın artacağına, siyasi canlanmanın baş verəcəyinə özünüz də şahid olacaqsınız. Bir sözlə, seçkilər necə lazımdırsa, o cür də vaxtında, zamanında və ən əsası Azərbaycan seçicisinin iradəsinə uyğun şəkildə keçiriləcək". Onun sözlərinə görə, mxalifətin, xüsusilə, onun radikal qanadının seçkilərə, xüsusilə, bələdiyyə seçkilərinə bu qədər etinasız yanaşmasının elə də qəliz səbəbi yoxdur. Çünki müxalifət, daha çox da onun radikal kəsimi artıq yox dərəcəsindədir: "Biz əslində hakim partiya və siyasi qüvvə olaraq ölkədə müxalifətin, ələlxüsus, sağlam, konstruktiv müxalifətin olmasında özümüz daha çox maraqlıyıq. Amma biz gedib müxalifəti gücləndirəsi, onun nüfuzunu, sosial bazasını artırası deyilik ki? Bu, onların işidir, vəzifəsidir. Müxalifətin 1993-cü ildən bu yana sosial bazasının getdikcə daralmasının, onun getdikcə nüfuzdan düşməsinin başlıca və birmənalı səbəbkarı da elə həmin müxalifətin özüdür, onun 21 ildən bəri apardığı yarıtmaz siyasətinin, fəaliyyətinin nəticəsidir, o cümlədən, radikalların, onların başabəla liderlərinin ağa qara deməsidir, xalqdan, reallıqdan uzaq düşməsidir. Artıq Azərbaycan cəmiyyəti, xüsusilə, 2003 və 2005-ci il seçkilərindən sonra, radikal müxalifətə birmənalı yox deyib, onu dəstəkdən məhrum edib. Azərbaycan cəmiyyəti radikalizmi, radikalları artıq qəbul edə bilmir. Azərbaycan xalqı artıq ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərinin xalqı deyil. Azərbaycan xalqı ötən 20-21 il ərzində siyasi cəhətdən xeyli müdrikləşib, yetkinləşib, o, daha quru vədlərə, gurultulu, reallıqdan uzaq, populist bəyanatlara, onları dəfələrlə səsləndirməkdən yorulmayanlara inanmır, yaxşı ilə pisi ayırd edə bilir. Bilir ki, hansı qüvvə, hansı siyasi kurs onu inamlı gələcəyə, inkişafa, tərəqqiyə doğru apara bilər və aparacaq. Bu qüvvə də təbii ki, 22 ildən bu yana siyasi meydanda olan YAP, onun qurucusu, banisi mərhum dövlət başçısı Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs, siyasət və bu siyasəti, bu kursu 11 il ərzində çox layiqincə davam etdirən, Azərbaycanı qələbələrdən qələbələrə doğru aparan Prezident cənab İlham Əliyevdir. Yəni, müxalifət özü də çox gözəl anlayır ki, seçkilərə qatılsa belə, onu yenə uğursuzluq, növbəti fiasko gözləyir və gözləyəcək. Çünki onların heç bir yerdə, birlikdə bələdiyyə üzvlüyünə namizəd irəli sürəcək sayda üzvləri yoxdur. Ona görə müxalifət, xüsusən, radikallar məhz bu və digər özlərinə bəlli olan səbəblərdən seçkilərə bu qədər etinasız yanaşırlar. Bu da onların öz işidir və öz problemidir. Biz onların işinə, seçiminə, qərarlarına qarışa, müdaxilə edə bilmərik, özləri bilərlər. Əslində bu, heç bizləri maraqlandırmır və narahat etmir. Amma bütün bunlara rəğmən builki bələdiyyə seçkiləri də son 21 ildə keçirilən digər seçkilər kimi azad, ədalətli, demokratik və şəffaf şəkildə baş tutacaq. Həmçinin, hakim partiya olan YAP da bu seçkilərdə növbəti dəfə qələbəsini, zəfərini qazanacaq. Buna heç kimin şübhəsi olmasın və ola bilməz də".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00