Avropa təşkilatlarına bəyanat göndərildi

Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM)  Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcər rayonu ərazisində girov götürməsi ilə bağlı Avropanın ictmai, siyasi və humanitar təşkilatlarına bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  müraciətdə öz doğma torpağında erməni işğalçıları tərəfindən girov götürülmüş Dilqəm Əsgərovvə Şahbaz Quliyevin vəziyyətinin ağır olduğu bildirilir və beynəlxalq qurumları həmvətənlərimizin taleyinə biganə qalmamağa çağırır, erməni işğalçılarının işgəncə siyasətinə son qoymasını tələb edir. Bəyanatda Kəlbəcərdəki hadisələrlə yanaşı, Dağlıq Qarabağ və yeddi ətraf rayonunun ermənilər tərəfindən işğal edilməsi, bir milyon qaçqın və məcburi köçkünün acınacaqlı taleyi barədə bir daha məlumat verilir. AAK və AAKM-in  vətəndaşlarımızın müdafiəsinə dair yaydığı bəyanatda ən bəsit insan hüquqlarının - Vətəndə yaşamaq  hüququnun  pozulmasının yolverilməməzliyi vurğulanır və bu hüququn bərqərar olunması tələb olunur. AAK və AAKM-in bəyanatı Avropa Parlamentinə, Alman Bundestaqına və eyni zamanda " Human Rigths ", " Amnesty İnternational ", " Qırmızı xaç "  kimi  beynəlxalq qurumlara təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00