Həmsədrlər ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişi barədə məlumatlandıracaqlar
23 İyul 2014 11:49 SiyasətATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanaya yollanıb.APA-nın verdiyi xəbərə görə, bu barədə diplomatın "Tvitter" səhifəsində yerləşdirilən məlumatda bildirilir.C.Uorlikin Vyanaya səfərinin məqsədi Minsk qrupunun ofisini və ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə məlumatladırmaqdır."Bu gün ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq", - deyə o vurğulayıb.Xatırladaq ki, dünən Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00