Prezident yeni inşa edilmiş evlərə baş çəkib

İyulun 22-də prezident İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb. Həmin gün dövlət başçısı Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub. AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00