Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı büdcə vəsaitinin istifadəsini təhlil edəcək

Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi mövzusunda analitik təhlil aparacaq.  Hesablama Palatasının 2014-cü il iyul ayının 16-da keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən rayon İcra Hakimiyyətinə və dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Nəsimi rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları, həmçinin "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi" mövzusunda analitik təhlil üzrə proqram müzakirə edilərək təsdiq olunub. Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00