Aydın Mirzəzadə: “Əsir götürülən 3 vətəndaşın öz doğma yurdlarına getməyinə tam hüququ var”
17 İyul 2014 16:48 Siyasət"Bu gün buraya yığışmağımızda məqsədimiz ondan ibarətdir ki, Kəlbəcər rayonunda Erməni Silahlı Qüvvələri tərəfində 3 vətəndaşımızın girov götürülməsinə etirazımızı bildirək". Bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi brifinqdə millət vəkili Aydın Mirzəzadə bildirib. Millət vəkili qeyd edib ki, Erməni Silahlı Qüvvələrinin Azərbaycan vətəndaşlarını Azərbaycan ərazisində girov götürüb onları diversant hesab etmələri müharibə qanunlarına ziddir: "Əsir götürülən 3 vətəndaşın öz doğma yurdlarına getməyinə tam hüququ var. Burada onların məqsədi doğma torpaqlarını ziyarət etməsidir. Onları ora aparan dədə-babalarının səsidir. Heç bir erməni millətində el-obaya məhəbbət hissi yoxdur. Bir dəfə də olsun eşitməmişik ki, hər hansı bir erməni vaxtı ilə yaşadığı Azərbaycanın hər hansı bir kəndinə gəlsin. Bu qeyri-mükündür. Çünki, nə işğal olunmuş Azərbaycan torpaqları, nədə ki, indiki Ermənistan ərazisi ermənilərin doğma torpağı deyil". Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın vətəninə bağlı, doğma yurudunu canından çox sevən qəhrəman oğulları çoxdur: "Bir neçə il bundan əvvəl Ramil Səfərov heç bir şeyi fikirləşmədən Azərbaycanın bayrağını təhqir edən erməni zabitini öldürdü. Bundan başqa, Mübariz İbrahimov bir gecədə cəbhə xəttin keçib onlarla erməni hərbiçilərini öldürdü. Bunu etməyə vadar edən onların vətənə olan sevgisi, torpağa olan məhəbbətidir". Millət vəkili vurğulayıb ki, bütün Azərbaycan xalqı əsir düşən həmin şəxslərin yanındadır: "Girov götürülən Azərbaycan vətəndaşları azad olunana qədər biz bu mübarizəni dayandırmayacağıq. Bizdə olan məlumata görə, əsir düşən Azərbaycan vətəndaşının biri ermənilər tərəfindən gözləri çıxarılıb. Bu hərəkət ermənilərin iç üzüdür. Xocalı faciəsini törədən xalq bu hərəkəti də edər. Biz buradan beynəlxalq ictimaiyyətə, xarici mətbuat orqanlarına, Minsk qrupunun həmsədrlərinə səslənirik ki, bu məsələ ilə bağlı öz mövqeylərini ortaya qoysunlar". Azadinform