Abbas Abbasov Rusiyada yaşayan azərbaycanlılar arasında nüfuzunu itirib
Rusiyalı yazıçı soydaşlarımızı bu intriqabaz siyasətçi ilə əməkdaşlığa son qoymağa çağırdı
17 İyul 2014 16:02 Siyasət"Onunla birgə aparılan biznes məhvə məhkumdur"
Rusiyadakı Azərbaycan diasporunun liderlərindən biri, baş nazirin sabiq birinci müavini Abbas Abbasovun fəaliyyəti Rusiyada da narazılıq yaradıb. Bakıda olan diaspora fəllarından biri Ramiz Mikayılov Abbasovun Rusiyada yaşayan azərbaycanlılar arasında ikitirəlik yaratdığını, diasporanı milli maraqlar və azərbaycançılıq ətrafında birləşməyə qoymadığını bildirib. Qeyd edib ki, Abbasovu dövlətçilik əleyhinə fikirləri etirazlara səbəb olub. Xatırladaq ki, Abbas Abbasov keçmiş SSRİ-nin xiffətini çəkən fikirlər səsləndirib və deyib ki, Sovet xalqı SSRİ-ni dağıtmaqda düz iş görmədi: "Çalışıb Rusiyanı gücləndirməliyik, bu işdə azərbaycanlılar öndə olmalıdır". Abbasovun bu fikri müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ilə daban-daban ziddir. Əvvəla, biz- istər ölkə vətəndaşları, istərsə də dünyada yaşayan azərbaycanlılar azərbaycançılıq ətrafında birləşməli, Rusiyanı deyil, Azərbaycanı gücləndirməyə çalışmalıyıq. Bizim üçün istiqlal qırmızı xəttdir və biz ölkənin müstəqilliyini hansısa dövlətin güclənməsinə, böyüməsinə qurban verə bilmərik. Biz Azərbaycan güclənməsində, türk dünyası daxilində inteqrasiyanın genişlənməsində maraqlı olmalıyıq. Azərbaycan xalqı soy-kök etibarilə, din və milli dəyərlər baxımından yaxın olan xalqlarla əməkdaşlıq etməli, qonşularla dinc yanaşı yaşamaq şərti ilə müstəqilliyinin güclü və əbədi olmasına çalışmalıdır. Azərbaycanlılar hansı ölkədə yaşayırlarsa, o ölkənin mədəni və siyasi həyatında yaxından iştirak etməli, bu ölkənin güclənməsinə öz töhfəsini verməlidir. Bu şərt Rusiya üçün də keçərildir. Amma Rusiyanın güclənməsi orda yaşayan azərbaycanlılar tarixi vətənlərinin zərərinə olmamalıdır. Rusiyada yaşayan azərbaycanlılar öz doğma vətənlərinin, ölkələrinin maraqlarının ziddinə səfərbər olmamalıdırlar. Abbas Abbasov fəaliyyəti isə bu deyilənlərin ziddinədir. Baş nazirin sabiq müavini hazırda Rusiyada yaşayan azərbaycanlılar arasında destruktiv fəaliyyətlə məşğul olur. O və arxasında duran qüvvələr elə zənn edirdilər ki, Rusiyada yaşayan azərbaycanlıları hansısa vədlər hesabına Azərbaycan dövlətinin əleyhinə toparlamaq mümkün olacaq. Lakin Rusiyadan gələn xəbərlər bunun əksini düşünməyə əsas verir. Məlumata görə, artıq azərbaycanlılar arasında Abbas Abbasovun əleyhinə fikir formalaşıb və onu artıq ciddi fiqur kimi qəbul etmirlər. Sadəcə, Abbas Abbasov öz nəzarətindəki ticarət obyektlərində çalışan azərbaycanlılara söz keçirə bilir. Onun siyasi mövqeyini qəbul etməyən azərbaycanlılara isə təzyiqlər etdirir. Abbasov hakimiyyət dairələri ilə ilişgilərindən sui-istifadə edərək soydaşlarımızı sıxışdırır. Azərbaycan mətbuatına açıqlama verən tanınmış yazıçı-publisist, Azərbaycan diasporu və onun fəaliyyəti, həmçinin Rusiyada yaşayan həmvətənlərimizin problemləri ilə yaxından tanış olan Aleksandr Fomenkov maraqlı açıqlamalar verib. Yazıçı hesab edir ki, hələ baş nazirin müavini işlədiyi dövrdə Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına ciddi töhfələr verməyi bacarmamış Abbasov bu gün də iki dövlət arasında münasibətləri korlamaqla məşğuldur. Onun fikrincə, Abbas əslində heç bir ölkəni təmsil etmir. Seçki dövründə Putinə səs verdiyini hər dəfə qabardan Abbasov əslində, biznesini genişləndirmək üçün Rusiya siyasi rəhbərliyinə də təzyiq edir. Deməli, onun üçün əslində dövlət marağı yoxdur, yalnız özünün biznes marağı var. Belə bir adam Azərbaycan dövlətinə heç bağlı ola bilməz. Abbasovu Rusiya dövlətinin adamı hesab etməyən yazıçı deyir ki, sabiq məmur bir sıra çirkli işlərlə məşğul olan bəzi Rusiya məmurlarından başqa, heç kimə lazım deyil. Abbasovun Rusiya dövlət orqanları ilə müəyyən ilişkilərini danmayan yazıçı bildirir ki, sabiq məmur bu əlaqələrdən öz maraqları üçün istifadə edir, azərbaycanlıların problemləri haqqında düşünmür. Rusiyalı yazıçı azərbaycanlıları xəbərdar edir: "Azərbaycanlı biznesmenləri bu insanla kontaktdan çəkinməyə çağırıram. Onunla birgə aparılan biznes məhvə məhkumdur." Göründüyü kimi aparıdğı yanlış siyasətlə Azərbaycan diasporunun parçalamağa çalışan Abbas Abbasovun intriqaçı siyasəti bumeranq effekti verib. Artıq azərbaycanlılar ona
Ərhun Abbas