Novruz Məmmədov: “Konkret nəticə olmayacaqsa..." VIDEO

PA rəsmisi Bakının yalnız konstruktiv danışıqlara hazır olduğunu deyib

"Rəsmi Bakı Ermənistanla yalnız konstruktiv danışıqlara hazırdır". ANS TV-nin məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov belə deyib. O, Azərbaycanın mövqeyini bir daha xatırladıb. "Azərbaycanın mövqeyi bundan ibarətdir ki, əgər Ermənistan tərəfi ilə hər hansı bir görüş olarsa biz bunu əvvəlcədən bilməliyik və biz düşünməliyik ki, bu görüş bizə nə verəcək? Bu görüşə nə üçün gedirik? Görüşdə hansı məsələni müzakirə edib, hansı nəticəyə gəlməliyik". Onun sözlərinə görə, konkret nəticə olmayacaqsa, bu görüşlərin də mənası yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00