Prezident İlham Əliyev Moskva metrosundakı qəza ilə əlaqədar Vladimir Putinə başsağlığı verib
16 İyul 2014 15:10 SiyasətPrezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00