Hesablama Palatası Masallı rayon icra hakimiyyətini yoxlayacaq

Hesablama Palatası Masallı Rayon İcra Hakimiyyətinə ayrılmış dövlət vəsaitinin istifadəsinin auditini aparacaq. Bu barədə qərar Palatanın kollegiya iclasında qəıbul edilib. HP-dən verilən məlumata görə, iclasda həmçinin Neftçala Rayon İcra Hakimiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Biləsuvar Suvarma Sistemləri İdarəsinə və Cənub Muğan kanalı İstismar İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Qərara alınıb ki, həyata keçirilən audit tədbirlərinin nəticələri barədə rəylər qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00