Aydın Ağayev: “Dağlıq Qarabağ münaqişəsinin yarımçıq həlli cəhdləri bizim üçün həll variantı deyil”

 Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev Dağlıq Qarabağ ətrafında yaranmış aktivliyə münasibət bildirib. "Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış aktivlik problemin həlli məsələsinin aktuallığının göstəricisi kimi Azərbaycanın lehinə ola bilər", deyən Aydın Ağayev qeyd edib ki, məsələnin həlli vaxtını uzatmaq olmaz. Şöbə müdirinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin məqamı çatıb: "Məsələ qlobal qarşıdurma müstəvisində olmamalıdır. Münaqişənin ədalətli həlli birinci beynəlxalq hüququn bərpasıdır, ikinci bu bütün regionun lehinədir. Bu mənada münaqişədən nə qədər çox danışılsa yaxşıdır. Əgər burada başqa niyyətlər varsa, bu niyyətlərin qarşısında Azərbaycan hakimiyyətinin dürüst, sərrast mövqeyi durur. Yəni məsələdə heç bir başqa variantlar irəli sürülməməlidir, münaqişə Azərbaycanın tələb etdiyi kimi həll olunmalıdır. Azərbaycanın mövqeyi bəllidir, rəsmilər də bunu bir daha yüksək səviyyədə bəyan etdilər. İndi buna veriləcək reaksiyaları gözləmək olar. Sadəcə mövzuya dair informasiyaları düzgün dəyərləndirmək lazımdır. Rusiyadan da informasiyalar gəlir, ABŞ-dan da müvafiq məqamlarda münasibətlər bildirilir, Ermənistanda da guya hansısa narazılıq var. Bunları sadəcə düzgün qiymətləndirmək vacibdir. Ən düzgün informasiya Azərbaycanın bütün bu məsələlərə, məlumatlara münasibətdə mövqeyini bir daha təkrarlamasıdır. Yəni ki, heç bir yarımçıq həll cəhdləri bizim üçün həll variantı deyil. Yarımçıq həll hansısa mərhələyə aid ola bilər. Amma problem bütövlükdə həll olunmalıdır. Digər tərəfdən spekuliyasiyaları informasiyalardan ayırmaq lazımdır. Spekuliyasiyalar müyyən məqsədli və niyyətli olur. Hər mənada Azərbaycanın bu məsələyə münasibəti çox mətləblərə və əsas mətləblərə aydınlıq gətirir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00