Ziyafət Əsgərov Nikaraquadan gələn ilk rəsmi şəxslə görüşüb
10 İyul 2014 17:09 SiyasətMilli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez ilə görüşüb. Ölkələrimiz arasında diplomatik əlaqələrin 20 yaşı olduğunu vurğulayan I vitse-spiker Nikaraquadan Azərbaycana gələn ilk rəsmi şəxs kimi nazir Lopezin səfərini yüksək dəyərləndirib. Ziyafət Əsgərov Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, ölkəmizdə neft sənayesi ilə yanaşı qeyri-neft sektorunun da inkişaf etdiyini bildirib. Nikaraqua ilə elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu deib. Görüşə görə minnətdarlığını bildirən Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez təmsil etdiyi ölkənin Prezidentinin və Parlament rəhbərinin salamlarını Milli Məclisin rəhbərliyinə çatdırıb.Qonaq Sakit okeanla Atlantik okeanını birləşdirmək üçün həyata keçirməyə hazırlaşdıqları qlobal layihə, 278 km uzunluğunda tikiləcək kanal barədə ətraflı məlumat verib. Nikaraquanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Söhbət zamanı qonağa Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar mövqeyi, münaqişə bölgəsindəki vəziyyət, Xocalı soyqırımı barədə məlumat verildi. Azərbaycanın beynəlxalq aləmdəki nailiyyətlərindən bəhs olunub.