“3 rayonun Azərbaycana qaytarılması ciddi məsələ deyil”

Elxan Mehdiyev: “Bundan sonrakı mərhələdə sakit şəkildə Dağlıq Qarabağım statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə olunmalıdır”

 Sülh və Münaqişələrin həlli Mərkəzinin direktoru Elxan Mehdiyev ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin Dağlıq Qarabağ ətrafındakı 6 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı fikirlərinə münasibət bildirib. E.Mehdiyev qeyd edib ki, ilkin mərhələdə Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların hamısının geri qaytarılmasına razı olmalıdır. Azərbaycanın da mövqeyinin bundan ibarət olduğunu deyən politoloqun sözlərinə görə, bundan sonrakı mərhələdə sakit şəkildə Dağlıq Qarabağım statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə olunmalıdır: "1997-ci ildən məsələsnin çoxmərhələli şəkildə həll edilməsi təklifi irəli sürülür. Bu şəkildə nəticə əldə etmək mümkündür". Mətbuatda 3 rayonun Azərbaycana qaytarılması barədə yayılan məlumatlara toxunan Elxan Mehdiyev bunu ciddi hesab etmir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00