Toplananların yeri dəyişəndə cəm dəyişmir

"Sülhəddin Əkbər yeni adam deyil. 20 il Müsavat Partiyasında fəaliyyət göstərib və bundan sonra Rəsul Quliyevin partiyasını idarə edib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı Sülhəddin Əkbərin yeni partiya yaratmasına münasibət bildirərkən səsləndirib. O, deyib ki,  Sülhəddin Əkbərin partiya yaradıb ciddi bir uğur qazanmasına inanmır: "Məşhur bir deyim var. Toplananların yeri dərişəndə, cəm dəyişmir". BAXCP rəsmisi onu da bildirib ki, cəmiyyətdə partiyaların inkişafı lazımdır və siyasi partiyaların sayının çox olması, Azərbaycanın demokratikləşməsinə xidmət edən amildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00