ABŞ-la Almaniya arasında yeni qalmaqal: prezident bəyanat verdi

"ABŞ Almaniya ilə dostluq və əməkdaşlıqla oyun oynayır". Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Almaniya prezidenti Yoahim Qauk casus qalmaqalına münasibət bildirərkən deyib."Əgər doğrudan da məlum olsa ki, onlar bizim kəşfiyyatımıza casus yeridiblər, onda "artıq bəsdir" demək lazım gələcək", - o əlavə edib.Almaniya hökuməti ötən cümə axşamı kəşfiyyat idarəsinin 31 yaşlı əməkdaşını saxlayıb. O, etiraf edib ki, Almaniya Bundestaqının Amerika kəşfiyyatının işini araşdıran xüsusi komissiyasından məlumatları ABŞ-a ötürüb.Cümə günü ABŞ səfiri Con Emerson Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb və  təcili olaraq məsələyə aydınlıq gətirməsi tələb edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00