Əsir və itkinlərlə bağlı Dövlət Komissiyasının katibi təqaüdə göndərilib
3 İyul 2014 17:15 SiyasətƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Ş. Sailov 1958-ci il dekabrın 5-də anadan olub. Bir müddət əvvəl Ş. Sailov prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00