Azərbaycanın bütün səfirləri Bakıya çağrılıb
3 İyul 2014 16:28 SiyasətYaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçirləcək. Bu barədə diplomatik mənbələrdən Modern.az saytına məlumat verilib. Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.
Qeyd edək ki, Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub. Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00