Fransa XİN: “Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün ciddi səylə çalışır”
3 İyul 2014 14:11 SiyasətFransanın xarici işlər naziri Laurent Fabius Dağlıq Qarabağ münaqişəsindən danışıb. F.Laurent Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun tərkibində ciddi səylə çalışdığını bildirib. Fransa mətbuatının verdiyi məlumata görə, nazir Azərbaycan və Ermənistan tərəflərini məsələni sülh yolu ilə həll etməyə çağırıb: "Cənab Fransua Olland Cənubi Qafqaza səfəri çərçivəsində məsələnin sülh yolu ilə həll edilməsinin tərəfində olduğunu bildirdi. Məsələ ilə əlaqədar o, Azərbaycan və Ermənistan prezidentlərilə görüşdü. Fransa münaqişənin sülh yolu ilə həllinin tərəfindədir". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00