İlham Əliyevin AŞPA-dakı çıxışı Penitensiar xidmət əməkdaşları tərəfindən qürurla qarşılanıb

Avropa Şurası Parlament Assambleyasının 24.06.2014-cü il tarixdə Strasburqda keçirilən yay sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bütün ölkə ictimaiyyəti kimi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin şəxsi heyəti tərəfindən də rəğbətlə qarşılanıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin şəxsi heyətinin toplantısında Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliev Avropa Şurası Parlament Assambleyasının sessiyasının ölkəmiz üçün əlamətdar hadisəyə çevrildiyini, Prezident İlham Əliyevin sessiyadakı çıxışının dünya miqyasında reaksiya verilən bir çıxış olduğunu, Azərbaycana qarşı olan qüvvələrin təxribat xarakterli suallarına ölkə başçısının tutarlı arqumentlərlə cavab verdiyini və bu nitqin bütün ölkə üçün qürurverici olduğunu bildirib. Nazir müavini qeyd etdi ki, cənab Prezident özünün mükəmməl nitqi ilə müasir dövrün mahir siyasətçilərindən və dövlət adamlarından biri olduğunu təsdiq etməklə, sifarişli iddialarla ölkəmizi gözdən salmağın, ona ləkə yaxmaq cəhdlərinin baş tutmayacağını bir daha nümayiş etdirdi. Tədbirdə Baş idarənin şəxsi heyəti Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən hazırlanmış Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və deputatların suallarına cavablarından ibarət diskə tamaşa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00